Şamaxıdakı yaşayış binasında üfunət BAŞ ÇATLADIR – VİDEObackend

Şamaxıdakı yaşayış binasında üfunət BAŞ ÇATLADIR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər tərəf çirkab içində, beton piltələr qopub tökülüb…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Şamaxıda yaşayış binasının zirzəmisi və həyəti çirkaba qərq olub. Rayonun Cavanşir Balayev küçəsində yerləşən 2 nömrəli yaşayış binası ötən əsrin 80-ci illərində inşa olunub. 3 mərtəbəli, 19 mənzilli binanın sakinləri antisanitar şəraitdə yaşayırlar.

Bu illər ərzində bir dəfə də olsun təmir edilməyən binanın kanalizasiya xətti sıradan çıxıb. Xüsusilə də yağışlı günlərdə binanın zirzəmisi və həyəti çirkaba qərq olur. Həmçinin bütün binanı üfunət bürüyür.

Sakinlər deyir ki,binanın zirzəmisinə yığılan çirkab burada yaşayanlar üçün xeyli problemlər yaradıb. Qoxudan və rütubətdən təngə gələn sakinlər bununla bağlı aidiyyəti qurumlara bir neçə dəfə müraciət etsələr də, nəticasi olmayıb.

“Xəzər Xəbər”in çəkilişindən sonra aidiyyəti qurumların əməkdaşları binaya baxış keçirib və problemin həlli istiqamətindən addım atmağa başlayıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.