Bu gün Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin doğum günüdür. Onun 51 yaşı tamam olur.
NOCOMMENT.az yüksək vəzifəli məmurla bağlı maraqlı məlumatları təqdim edir.
Samir Rafiq oğlu Nuriyev 1975-ci il martın 9-da Bakı şəhərində anadan olub.
1981-1991-ci illərdə Bakı şəhərindəki 225 saylı orta məktəbdə təhsil alıb.
1996-cı ildə Azərbaycan Texniki Universitetinin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
1996-2003-cü illərdə müxtəlif özəl şirkətlərdə çalışıb, həmçinin 2000-2001-ci illərdə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyində “Azərbaycanda kiçik və orta özəl müəssisələrin inkişafına yardım” layihəsi üzrə məsləhətçi olub.
2003-2005-ci illərdə Amerika Birləşmiş Ştatlarının Dyuk Universitetində (Duke University) təhsil alıb və beynəlxalq inkişaf siyasəti ixtisası üzrə magistr dərəcəsi alıb.
2006-cı ildən 2009-cu ilədək
İqtisadi İnkişaf Nazirliyində çalışıb, əvvəlcə Sahibkarlığın İnkişafı Departamentinin direktor müavini, direktoru, daha sonra isə nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri vəzifələrində işləyib.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamlarına əsasən, 2009-2013-cü illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-2016-cı illərdə isə həmin idarənin rəisi olub.
Dövlət başçısının müvafiq Sərəncamlarına əsasən, 2016-2018-ci illərdə Mənzil İnşaatı Dövlət Agentliyinə rəhbərlik edib.
2018-ci ildən 2019-cu ilin noyabrınadək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olub.
Azərbaycan Prezidentinin 2019-cu il 1 noyabr tarixli Sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri təyin edilib.
Azərbaycan, rus, ingilis və türk dillərini bilir.
Evlidir. Üç övladı var.



(Yenisabah)










