Samir Şərifov iradlara cavab verdibackend

Samir Şərifov iradlara cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz proqnozlar sahəsində olan problemləri son 2 ildə aktiv şəkildə müzakirə edirik”.

NOCOMMENT xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, son 2 il proqnozlaşdırma baxımından ağır illərdir:

“2020-ci ildə COVİD böyük qlobal bəlaya çevrildi. Nəticədə 2020-ci ildə proqnozlarımızı dəyişməyə məcbur qaldıq. 2020-ci ildə pandemiyanın nə vaxt başa çatması böyük qeyri-müəyyənlik doğururdu. Digər tərəfdən, 2021-ci ildə başqa proseslər baş verdi. İlk olaraq, ümumi olaraq tələb və təklif arasında olan natarazlıq özünü biruzə verməyə başladı. Sonradan indiki “ərzaq böhranı” kimi adlandırılan problemin ilkin əlamətləri artıq 2021-ci ildə formalaşmağa başladı. Biz büdcə proqnozu verəndə risk faktorlarını qeyd edirik. Bunlar büdcədə nəzərdə tutulan proqnozların tam icra edilməməsi ilə bağlı risk faktorlarıdır. Neftin də qiymətini heç kəs dəqiq proqnozlaşdıra bilmir”