Samsung 2024-cü ildə büdcəli qatlanan telefon buraxacaqbackend

Samsung 2024-cü ildə büdcəli qatlanan telefon buraxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Samsung gələn il qiyməti 500 dollara (təxminən 46 min rubl) qədər olan büdcəli qatlanan smartfon təqdim etmək niyyətindədir. Bu barədə GSMArena portalı məlumat yayıb.

Məlumata görə, Samsung qiyməti 400 dollardan 500 dollara qədər (36,8-dən 46 min rubla qədər) olan orta səviyyəli qatlanan smartfonlar buraxmaq niyyətindədir. Cənubi Koreya şirkəti gələn il büdcəli qatlanan smartfonunu elan etməyi planlaşdırır.

Güman edilir ki, yeni məhsul Galaxy Z Flip cihaz xətti kimi qapaqlı formatda hazırlanacaq. Samsung-un dəqiq hansı spesifikasiyalara qənaət edəcəyi məlum deyil.