Tanınmış insayder “Ice Universe” bu ilin oktyabrında keçiriləcək “Samsung”un daha bir təqdimatı haqqında məlumat verib.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Çinin Weibo sosial şəbəkəsindəki hesabında məlumat verib.
Tədbirdə “Galaxy Tab S10+” və “Ultra” planşetlərinin yeni modellərinin, həmçinin qatlanan “Galaxy Z Fold 6 Slim” və “Galaxy w25” smartfonlarının təqdimatı planlaşdırılır. “Fold 6 Slim”in yalnız Cənubi Koreya bazarında, “Galaxy w25″in isə yalnız Çində satışa çıxarılacağı gözlənilir.
Bu cihazlarla bağlı təfərrüatlar elan tarixinə yaxın açıqlanacaq. Bununla birlikdə, “Fold 6 Slim” adına əsasən, bu smartfonun “Galaxy Fold” xəttində ən nazik olacağı güman edilir.
Qeyd edək ki, Samsung Cənubi Koreyanın ən böyük şirkətlərindən biridir. O, təkcə elektronika deyil, həm də müxtəlif məhsullar istehsal edir.