“Samsung” korporasiyası dörd qatlanan smartfonun dizaynını patentləşdirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə SamMobile nəşri yazıb.
Patent Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) məlumat bazasında tapılıb. Görüntülərə əsasən, konsept qurğusu üç menteşə ilə birləşdirilmiş dörd paneldən ibarətdir. Cihaz geniş ekrana sahib olmaq üçün açıla və dörd hissəyə yığışdırıla bilər.
Bu dizayn qadcetin ekranının ölçüsünü böyükdən yığcamlığa dəyişməyə imkan verir. Cihazı smartfon və planşet kimi də istifadə etmək olar.
Patent həmçinin üç qatlanan smartfonun yaradılmasını da təsvir edir. Jurnalistlər qeyd ediblər ki, bu prototip daha bitmiş görünüşə malikdir, belə ki, mühəndislər kameranın telefonun arxa tərəfində yerləşdirilməsi və şarj üçün USB-C portu haqqında ətraflı məlumat veriblər.
Huawei 2024-cü ilin sentyabrında üç qatlanan smartfonu ilk dəfə təqdim etdi . Onların Mate XT telefonu 10,2 düymlük çevik displey alıb, qacetin korpusunun qalınlığı 3,6 millimetr olub.
Əvvəllər Counterpoint Research analitikləri 2025-ci ildə qatlana bilən smartfonlar bazarının azalacağını proqnozlaşdırırdılar.Lakin onlar seqmentin 2026-cı ildə ilk qatlanan iPhone-un buraxılmasından sonra artacağını proqnozlaşdırırlar.