Samux sakini həmyerlisini bıçaqladıbackend

Samux sakini həmyerlisini bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.

NOCOMMENT xəbər verir ki, rayonun Hacıalılı kənd sakini, 1992-ci il təvəllüdlü Allahverdi Yusibov rayonun Lək kənd sakini Elçin Qəmbərovu bıçaqlayıb.

Yaralı qarının daxilinə keçən bıçaq zərbəsi alıb.

Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış nəticəsində A.Yusifov saxlanılaraq istintaqa təhvil verilib.