Samuxda ata və iki oğlu bıçaqlandıbackend

Samuxda ata və iki oğlu bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samux rayonunda qohumlar arasında dava baş verib.

NOCOMMENT.az “Report”a istinadla məlumatına görə, hadisə Tatlı kəndində qeydə alınıb.

Belə ki, qohumlar arasında yaranmış mübahisə zəminində 1971-ci il təvəllüdlü Səfərov Mətləb Oktay oğlu və onun iki oğlu – 1985-ci il təvəllüdlü Röyal Səfərov və 1993-cü il təvəllüdlü İlkin Qurbanov bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdirilib, birinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, hadisəni törədən şəxs M.Səfərovun əmisi oğludur.

Faktla bağlı araşdırma aparılır.