Samuxda həkim sükan arxasında infarkt keçirdi, avtomobilini hasara vurdubackend

Samuxda həkim sükan arxasında infarkt keçirdi, avtomobilini hasara vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, Samux rayon sakini, 1985-ci il təvəllüdlü Abbasov Loğman Əliş oğlu idarə etdiyi “Mercedes” markalı avtomobildə infarkt keçirib. Daha sonra idarəetmədən çıxan avtomobil daş hasara çırpılıb. Nəticədə sürücü dünyasını dəyişib.

İlkin ehtimalara görə, onun ölümü infarktdan olub.

Qeyd edək ki, mərhum Gəncə şəhərində stomatoloq kimi çalışıb.

Faktla bağlı araşdırma aparılır.