Samuxda şəhidlərin xatirəsinə həsr olunmuş Kikboksinq turniri keçirildi – FOTOLARbackend

Samuxda şəhidlərin xatirəsinə həsr olunmuş Kikboksinq turniri keçirildiFOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samux rayonunda 24-25 iyul tarixində şəhidlərin xatirəsinə həsr olunmuş Kikboksinq turniri keçirilib.

NOCOMMENT.az xəbər verir ki, turnir Azərbaycan Kikboksinq Federasiyasının təşkilati dəstəyi ilə şəhidlərin xatirəsinə həsr olunmuş “Narkomaniyaya yox!” devizi altında Samux rayonu, Heydər Əliyev parkında baş tutub. Yarışın təşkilatçısı Samux Kikboksinq klubudur.

samux

Turnirin keçirilməsində Azərbaycan Kikboksinq Federasiyası ilə yanaşı, Gənclər və İdman nazirliyi, Samux Rayon İcra hakimiyyəti, “ZD Travel” şirkəti yaxından iştirak edib, dəstək göstəriblər.

Yarış, 2009-cu ildə şəhid olmuş, Milli Qəhrəman İsgəndərov Elton Xaləddin oğlunun və bütün Samux rayon şəhidlərinin əziz xatirəsinə həsr olunub. Turnirdə 6 yaş qrupu üzrə 60 müxtəlif çəki dərəcəsində Azərbaycanın Qərb bölgələrindən olan 350 idmançı iştirak edib.

Yarışın fəxri qonaqları sırasında Milli Qəhrəmanın atası Xaləddin İsgəndərov, Kikboksinq üzrə qərb bölgəsinin rəhbəri, Bədən tərbiyə və İdman işçisi, əməkdar məşqçi İlqar Əliyev, Gəncə Boks məktəbinin yaradıcılarından biri olan İman Qasimi, “ZD Travel” şirkətinin rəhbəri Vəli Dünyamalıyev, Samux rayon Gənclər və idman idarəsinin rəisi Rəşad Qarayev,  Boks üzrə Gəncə şəhərindən ilk Avropa mükafatçısı Şahlar Nağıyev, Qarabağ müharibəsinin veteranı, “Lokomativ” klubunun rəhbəri Firdovsi Namazov, Veteranlar arasi Dünya çempionu, əməkdar məşqçi Albert Qəribov, Əməkdar Bədən tərbiyə və İdman xadimi, Gəncə 2 saylı Uşaq Gənclər şahmat idman məktəbinin direktoru Asif Həsənov, Kikboksinq üzrə Azərbaycan çempionu, “Vako” Avropa mükafatçısı, peşəkar döyüşçü Elxan Əliyev və başqaları yer alıb.

Turnirin sonunda qaliblərə müxtəlif mükafatlar, fəxri diplom və hədiyyələr təqdim olunub.

Həmin turnirdən fotoları təqdim edirik: