Samuxda yeniyetmə bədbəxt hadisə nəticəsində xəsarət alıbbackend

Samuxda yeniyetmə bədbəxt hadisə nəticəsində xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samux rayonunda traktor təkərinin təmiri zamanı təkər partlayıb və yoldan keçən yeniyetməyə dəyərək ona xəsarət yetirib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə rayonun Kolayr kəndində qeydə alınıb. Samux rayon sakini, 2007-ci il təvəllüdlü S.Bağırov təkər təmiri sexinin qarşısından keçən zamanı anidən traktor təkəri ona çırpılıb və xəsarət alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Qeyd edək ki, yol kənarında yerləşən təkər təmiri sexində traktor təkərinə hava vurulan zaman anidən təkər partlayıb və təzyiqin gücündən kənara düşərək yeniyetmə oğlana dəyib.

Faktla bağlı araşdırmalara başlanılıb.