Samvel Babayan da həbs oluna bilərbackend

Samvel Babayan da həbs oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı separatçıların təhlükəsizlik şurasının keçmiş katibi Samvel Babayan həbs oluna bilər.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, Ermənstan KİV-in məlumatına görə, S.Babayanın 44 günlük müharibə zamanı həyata keçirilmiş uğursuz “Lələtəpə əməliyyatı” ilə bağlı saxlanılacağı gözlənilir.

Məlumata görə, S.Babayan mediaya açıqlamasında son həbslərdən narahat olduğunu vurğulayıb.

O qeyd edib ki, Qarabağ separatçılarının müdafiə ordusunun keçmiş komandiri Cəlal Arutyunyana qarşı irəli sürülən ittihamın epizodlarından biri də onunla bağlıdır: “Mətbuatda yazılanlara görə, Cəlal Arutyunyan məlum uğursuz “Lələtəpə əməliyyatı” ilə bağlı ideyanın mənə məxsus olduğunu bildirib və bu haqda baş nazir Paşinyana təklif verib. Guya Paşinyan bu ideya nəticəsində Serj Sarkisyanın itirdiyi yüksəkliyi geri qaytara və qəhrəmana çevrilə biləcəyindən ruhlanıb”.

Xatırladaq ki, 44 günlük müharibənin gedişində ermənilər “Lələtəpə əməliyyatı” adı altında məlum yüksəkliyi tutmağa çalışsalar da, ciddi itkilər verərək geri çəkiliblər.