Sandu Dnestryanıda seçki məntəqələrinin açılmasını Moldova üçün problem hesab edibbackend

Sandu Dnestryanıda seçki məntəqələrinin açılmasını Moldova üçün problem hesab edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova prezidenti Maya Sandu Kişinyovun qadağasına baxmayaraq, Dnestryanıda Rusiya prezident seçkiləri üçün səsvermə məntəqələrinin açılmasına reaksiya verib. Onun sözlərinə görə, Moskva “ölkəyə hörmətsizlik nümayiş etdirib” və “suverenliyə meydan oxuyub”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə NewsMaker məlumat yayıb.

“Bu, Rusiyanın Moldovanın suverenliyinə və ərazi bütövlüyünə meydan oxuduğu yeni bir hərəkətdir. Bu, Moldovaya və onun vətəndaşlarına hörmətsizliyin nümayişidir”, – deyə Maya Sandu bildirib.