Moldova prezidenti Maya Sandu Kişinyovda NATO-nun baş katibi Mark Rutte ilə görüş keçirdiyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.
Dövlət başçısının sözlərinə görə, o, NATO-nun baş katibi ilə respublikanın Şimali Atlantika Alyansı ilə əməkdaşlığı, regional təhlükəsizlik və hibrid təhdidlər, o cümlədən kiberhücumlar məsələlərini müzakirə edib. Siyasətçi alyansa ölkənin “dayanıqlığının gücləndirilməsində” və “demokratik təsisatların qorunmasında” davamlı dəstəyə görə minnətdarlığını bildirib.
O, həmçinin qeyd edib ki, bu, Ruttenin NATO-nun baş katibi kimi Moldovaya ilk səfəridir.