Sandu Moldovanı müharibəyə hazırlamaqda təqsirli bilinibbackend

Sandu Moldovanı müharibəyə hazırlamaqda təqsirli bilinib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova prezidenti Maya Sandu ölkəni müharibəyə hazırlayır.

NOCOMMENT.az xəbər verir ki, bunu keçmiş prezident və Sosialist Partiyasının lideri İqor Dodon bildirib.

Dodon qeyd edib ki, bunu Moldova ordusunun Şimali Atlantika Alyansının əsgərləri ilə Moldovada keçirilən müntəzəm təlimləri göstərir. O, həmçinin tez-tez ölkənin hava limanlarına enən ABŞ təyyarələri və Moldova ərazisindən tranzitlə Rumıniyadan Ukraynaya müəyyən qapalı yükləri daşıyan qatarlar haqqında məlumat verib. Eks-prezident bildirib ki, bütün bunlar ölkənin müdafiə büdcəsinin artması, silah-sursat alışı və ehtiyatda olan hərbçilərin hərbi komissarlıqlara fəal cəlb olunması fonunda baş verir.

“Bütün bu elementlər göstərir ki, Maia Sandu və onun kuratorları Moldovanı müharibəyə hazırlayırlar”, – Dodon vurğulayıb.

O, xəbərdarlıq edib ki, prezidentin militarist hərəkətləri ölkəni Ukraynanın hazırda yaşadığı vəziyyətə gətirib çıxara bilər.