Sandu Qaqauziyanın rəhbərini nazir təyin etməkdən imtina edibbackend

Sandu Qaqauziyanın rəhbərini nazir təyin etməkdən imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova prezidenti Maya Sandu Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulu nazir təyin etməkdən imtina edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

O, qərarını Qutsulun “Şor cinayətkar qruplaşması”nda işləməsi və ölkəsinə qarşı bəyanatlar verməsi ilə əlaqələndirib. Qanuna görə, Qaqauz muxtariyyətinin rəhbəri avtomatik olaraq Moldova hökumətinin üzvü təyin olunmalıdır.

Yevgeniya Qutsul Moldova ilə Rusiya Federasiyası arasında daha sıx əməkdaşlığın tərəfdarı olan Şor partiyasının tərəfdarıdır. Moldova prokurorluğu partiyanın təsisçisi İlan Şoru partiyaları qanunsuz maliyyələşdirməkdə ittiham edib.

Bundan əvvəl Qutsul Rusiya Federasiyasının bir sıra regionlarının rəhbərləri ilə əməkdaşlıq müqavilələri bağlayıb.