Sanksiya işə yaradı: Rusiya iqtisadiyyatı çökürbackend

Sanksiya işə yaradı: Rusiya iqtisadiyyatı çökür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya iqtisadiyyatı beynəlxalq sanksiyaların təsiri altında durmadan çökməkdə davam edir. Rusiya rəsmiləri bu ilin sonuna kimi iqtisadiyyatın 8,8% azalacağını bildiriblər.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Ukrayna Kəşfiyyatı məlumat yayıb.

“Kreml rəhbərliyinin Rusiyanın maliyyə artımı, rusların rifahının yaxşılaşması və “hər şey plana uyğun gedir” barədə cəsarətli bəyanatları onların öz İqtisadiyyat Nazirliyinin proqnozları ilə ziddiyyət təşkil edir. Rəsmilər iqtisadi tənəzzülü qiymətləndiriblər. 2022-ci ilin sonuna 8,8% azalma olacaq. Həmçinin neft məhsullarının ixracı 20%, qaz ixracı isə 10% azalacaq”, – deyə məlumatda bildirilib.