Sanksiyalar 27 sentyabrda yenidən qüvvəyə minəcəkbackend

Sanksiyalar 27 sentyabrda yenidən qüvvəyə minəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrana qarşı sanksiyaların ləğv edilmə rejiminin müddətinin uzadılması ilə bağlı qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasının əksər üzvlərinin dəstəyini qazanmayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qətnaməni Rusiya, Çin, Pakistan və Əlcəzair dəstəkləyib. Cənubi Koreya və Qayana səsvermədə iştirak etməmək barədə qərar verib. ABŞ, Fransa, Böyük Britaniya, Yunanıstan, Danimarka, Somali, Panama, Sloveniya və Sierra-Leone nümayəndələri isə layihəyə qarşı çıxıb.

Sanksiyaların qüvvəyə minməsi 27 sentyabrda baş tutacaq; həmin vaxta qədər Təhlükəsizlik Şurası üzvləri danışıqlar aparacaq.