Sankt-Peterburqda ABŞ-dan gələn zənglərə görə 755 nəfər təxliyə edilibbackend

Sankt-Peterburqda ABŞ-dan gələn zənglərə görə 755 nəfər təxliyə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda polisin ABŞ-dan elektron poçt və Amerika telefon nömrələri vasitəsilə aldığı saxta bomba hədəsi nəticəsində 755 nəfər təxliyə edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə mk.ru hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.

“Məlumat 16 təhsil müəssisəsi və bir ticarət obyektinin minalanması ilə bağlı idi. Administrasiyanın qərarına əsasən, iki yerdə təxliyə həyata keçirilib”, – məlumatda deyilir.

Polis binaya baxış keçirmək qərarına gəlib. Baxış zamanı hadisə yerində heç bir partlayıcı maddələr və ya partlayıcı qurğu aşkar edilməyib. Hazırda cinayət işinin başlanmasının mümkünlüyü nəzərdən keçirilir.