Sankt-Peterburqda Azərbaycan Konsulluğu qarşısında təxribat cəhdi: üç radikal saxlanılıbbackend

Sankt-Peterburqda Azərbaycan Konsulluğu qarşısında təxribat cəhdi: üç radikal saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda marjinal “Başqa Rusiya E. V. Limonov” qrupunun üzvləri Azərbaycan Konsulluğu qarşısında təxribat xarakterli aksiya keçirməyə cəhd ediblər.

NOCOMMENT.az xəbər verir ki, aksiyanın məqsədi Azərbaycanın Ukraynanın Rusiya təcavüzünə qarşı ədalətli mübarizəsinə verdiyi dəstəyi gözdən salmaq və Bakı haqqında mənfi rəy formalaşdırmaq olub.

Təxribatçıların planlaşdırdıqları “birbaşa aksiyası” çox qısa müddətdə nəticəsiz qalıb. Polis dərhal müdaxilə edərək üç iştirakçını saxlayıb: Qleb Jov, Danil Şmalko və İvan Qubini.

Məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanları tərəfindən dindirilir və onların törətdikləri qanunsuz hərəkətlər barədə araşdırma aparılır. Hadisə yerində heç bir ciddi insident baş verməyib, konsulluğun işinə və vətəndaşların təhlükəsizliyinə xələl dəyməyib.

Bu hadisə Azərbaycanın beynəlxalq dəstəyini təhqir etməyə yönəlmiş cəhd kimi qiymətləndirilir və hüquq-mühafizə orqanları tərəfindən vaxtında qarşısı alınıb.\\KONKRET.az