“Sapphire Hotel”in qarşısında piyadalar zülm edilir: səki zəbt edildi – Fotobackend

“Sapphire Hotel”in qarşısında piyadalar zülm edilir: səki zəbt edildi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Səbail rayonu Bayıl qəsəbəsində piyada səkisi zəbt olunub.

NOCOMMENT.az xəbər verir ki, Mikayıl Useynov və Mirzə Mustafayev küçələrinin kəsişməsində “Sapphire Hotel”in qarşısında səkinin tutularaq restoran ərazisinə daxil edilməsinə dair görüntülər sosial şəbəkələrdə yayılıb.

Ərazinin peyk görüntülərindən də burada səkinin terrasla tutulması və piyada keçidindən hərəkət edən insanların məcbur qalıb yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsinə keçməsi məlum olur.

Qeyd edilib ki, bu küçə Bayılda 49 nömrəli məktəbə gedən şagirdlərin istifadə etdiyi yoldur və səkinin zəbt etməsi məktəblilərin də narahatlığına səbəb olur.