Saqatelyan: Paşinyan Azərbaycanın maraqlarına xidmət edirbackend

Saqatelyan: Paşinyan Azərbaycanın maraqlarına xidmət edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Milli Məclisinin “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan hökumətin yeni kapitulyasiyaya hazırlaşdığını açıqlayıb.

NOCOMMENT “Hraparak”a istinadən xəbər verir ki, bu barədə müxalifətçi feysbuk hesabında yazıb: “Nikol və onun komanda yoldaşlarının siyasəti əvvəldən bəlli idi: sülh dövrünün saxta gündəmi ilə “Artsax”ı, Süniki (Qərbi Zəngəzur) və ümumiyyətlə, bütün Ermənistanı düşmənə vermək.

Aylar əvvəl xəbərdar etdiyimiz şeyi bu gün artıq reallaşdırmağa çalışırlar. Nikol Paşinyanın rejimi açıq şəkildə Azərbaycanın maraqlarına xidmət edir və Ermənistana yeni kapitulyasiya tətbiq etməyə hazırlaşır.

Məhz bu xain plandır ki, biz birgə qüvvələrlə qarşısını almalıyıq və qarşısını alacağıq”.