Abşeron rayonunun Saray qəsəbəsində Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
NOCOMMENT.az xəbər verir k, ilkin məlumata görə, “KamAZ” markalı yük avtomobili ilə motosiklet toqquşub. Hadisə nəticəsində mərkəzi yolda ağır tıxac yaranıb.
Qəza yerinə yol polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırmalara başlanılıb.
Şahidlərin sözlərinə görə, hadisə yolun sürətli və hərəkətli hissəsində baş verib. Hadisənin dəqiq səbəbləri araşdırılır.