Saray qəsəbəsində avtobus problemi yaşanır – VİDEObackend

Saray qəsəbəsində avtobus problemi yaşanır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunun Saray qəsəbəsində sərnişin avtobusu problemi yaşanır.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, avtobus olmadığı üçün sakinlər yolda qalırlar.

Qəsəbə sakinləri bildirirlər ki, Saraydan Bakıya birbaşa marşrut yoxdur. Bu səbəbdən də onlar Sumqayıtdan Bakıya işləyən avtobuslardan istifadə edirlər. Həmin avtobusların dolu gəlməsi isə sakinləri xeyli çətinə salır.

Sakinlərin sözlərinə görə, problem əsasən səhər saatlarında yaşanır.

Pik saatlarda avtobusların dolu olduğunu sürücülər də təsdiqlədilər. Sakinlər isə bildirirlər ki, həmin müddətdə taksidən istifadə etməli olurlar.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, həmin istiqamətdə Bakıya gedən sakinlərin əksərriyəti avtovağzala deyil, “20 Yanvar” metrostansiyasına qədər getmək istədiklərini bildirirlər. Avtobuslar isə yalnız Avtovağzal- Sumqayıt marşrutu üzrə xəttə buraxılır. Bu zaman sakinlər həmin avtobusa minməkdən imtina edirlər. Ancaq buna baxmayaraq, sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə sabahdan xəttə əlavə avtobuslar çıxarılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.