Saray qəsəbəsinə giriş-çıxış avtomobillər üçün məhdudlaşdırılacaqbackend

Saray qəsəbəsinə giriş-çıxış avtomobillər üçün məhdudlaşdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah saat 10:00-dan Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq 19-cu km-dən Saray qəsəbəsinə giriş-çıxış hissə avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, məhdudlaşma sözügedən hissədə aparılan tikinti işləri bitənə qədər qüvvədə olacaq.

Alternativ olaraq sürücülər qəsəbəyə giriş-çıxış etmək üçün Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun 17-ci km-dən istifadə edə bilərlər.

Agentlik müvəqqəti narahatlığa görə üzr istəyib.