Sarkisyan: Bizi 8 acı reallıq gözləyirbackend

Sarkisyan: Bizi 8 acı reallıq gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fəlakətin nəticələrini azaltmaq mümkündürmü? Düşünürəm ki, şansımız var.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni ekspert Suren Sarkisyan yazıb.

O aşağıdakı nüansları qeyd edib:

“Hakimiyyətin səhvləri nəticəsində biz tezliklə aşağıdakı çətin reallıqlarla qarşılaşacağıq:

1. Xarici siyasət prioritetimiz yalnız təhlükəsizlik faktoru olacaq və bütün addımlar bunun ətrafında atılacaq;

2. Az-çox müstəqil dövlətçiliyi olan Ermənistan süqut edəcək;

3. Biz artıq özümüzü bölgədəki ən döyüşkən orduya sahib ölkə olaraq qələmə verə bilmərik;

4. Ermənistan artıq “Dağlıq Qarabağın” təhlükəsizliyinin qarantı deyil, bu da bölgədəki kompleks təhlükəsizlik balansında əsaslı dəyişikliklərə səbəb olacaq;

5. Ermənistan artıq öz təhlükəsizliyinin belə qarantı deyil;

6. Ermənistan artıq özündən daha güclü bir qüvvəyə qarşı müharibədə qalib gələn bir dövlət sayılmayacaq;

7. Bizim artıq şaxələndirilmiş, balanslaşdırılmış və ya tamamlayıcı xarici siyasətimiz olmayacaq;

8. Xarici siyasətimiz bundan sonra uyğunlaşan siyasət olacaq. Yəni biz geosiyasi və regional reallıqlara uyğunlaşacağıq”.

Ekspertin sözlərinə görə, bu faciələrin qarşısını almağın yeganə yolu hazırkı hökumətdə olan bütün səlahiyyətliləri işdən çıxarmaqdır.