Sarkisyan: Hakimiyyətim dövründə haqsızlıq, korrupsiya yüksək səviyyədə idibackend

Sarkisyan: Hakimiyyətim dövründə haqsızlıq, korrupsiya yüksək səviyyədə idi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün günahı başqalarının üzərinə atmaq fikrim yoxdur.

NOCOMMENT.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan sədri olduğu Ermənistan Respublikaçılar Partiyasının qurultayında deyib.

Sarkisyan onun hakimiyyəti dövründə çoxlu problemlər olduğunu bildirib:

“Hakimiyyətim dövründə problemlər çox idi, haqsızlıq, korrupsiya yüksək səviyyədə idi, adımızla sərvət toplayanlara qarşı sərt deyildim. Dövlət təhlükəsizliyi ilə məşğul olurdum, xalqla kifayət qədər açıq deyildim, bir çox daxili məsələlərə fikir vermirdim”.

Sabiq prezident etibarsız insanlara güvəndiyini də qeyd edib, hansı ki, bu şəxslər hakimiyyət dəyişikliyindən sonra partiyanı tərk ediblər.