Sarkisyan hara yoxa çıxıb? – Vardanyandan AÇIQLADIbackend

Sarkisyan hara yoxa çıxıb? – Vardanyandan AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan” fraksiyasından olan deputat Aqvan Vardanyan Ermənistan prezidenti Armen Sarkisyanın 54 gündür ölkədə olmadığını bəyan edib.

NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, Aqvan Vardanyanın açıqlaması ölkədə səs-küy yaradıb:

“2021-ci il iyulun 1-dən, oktyabrın 31-dək 122 gün edir.  Bunun 85-i iş günüdür. Bu 85 günün 54 gününü Armen Sarkisyan Ermənistandan kənarda keçirib” – deyə deputat bildirib.

Onun sözlərinə görə, Armen Sarkisyan bu günlərdə təxminən 7 xarici ölkədə olub:

“Baxın, prezident ən mühüm dövlət institutlarından biridir. Və əgər bu institutun ümumi xərclərinin təxminən 25-30 faizi yalnız xarici səfərlər üçün israf olunursa, o zaman məndə bu qurumun  öz funksiyalarını düzgün yerinə yetirməsi ilə bağlı şübhələr yaranır” – Aqvan Vardanyan vurğulayıb.

konkret.az