Sarkisyan itkin düşənlərin yeni siyahısını yaydıbackend

Sarkisyan itkin düşənlərin yeni siyahısını yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan İkinci Qarabağ müharibəsində itkin düşən erməni hərbçilərinin yeni siyahısını yayıb.

NOCOMMENT.az xəbər verir ki, sənəd Hərbi qulluqçuların Sığorta Fondu tərəfindən baş nazirin müavini Mqer Qriqoryan və Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyana aprelin 6-da göndərilib.

Sənədə əsasən, itkin düşənlərin sayı Nikol Paşinyanın aprelin 14-də parlamentdə çıxışında dediyi kimi 321 nəfər yox, 1064 nəfər göstərilib. Bundan başqa itkin düşənlərin ailələrinə 500 milyon dram (təxminən 970 min dollar) kompensasiya da ödənilib.

“Qoy heç olmasa insan kimi çıxıb desinlər ki, itkin düşənlərin dəqiq sayını müəyyənləşdirə bilməyiblər”, – Sərkisyan deyib.
Axar.az