Sarkisyan-Köçəryan cütlüyü onlarla birləşir: SƏBƏBLƏRbackend

Sarkisyan-Köçəryan cütlüyü onlarla birləşir: SƏBƏBLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın eks-prezidentləri və müxalifət liderlərinin bir araya gəlməsi heç də təəccüblü deyil. Çünki 44 günlük müharibədən sonra Ermənistan siyasəti və ictimaiyyəti dərin böhrandan çıxa bilmir. Ölkədə həll edilməli olan ciddi siyasi problemlər var.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın eks-prezident Serj Sarkisyan, eks-prezident Robert Köçəryan, Vətən Partiyasının rəhbəri Artur Vanetsyan, Daşnaksutyun Partiyasının liderlərindən olan İşxan Saqatelyan, Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Tsarukyan və keçmiş baş naziri Vazgen Manukyanın görüşü barədə danışarkən deyib.

Politoloqun sözlərinə görə, Qarabağ klanının nümayəndələri Ermənistan müxalifəti ilə birlikdə mövcud vəziyyəti müzakirə etmək məcburiyyətindədir: Birincisi, bu gün Ermənistanda insanların siyasətçilərə inamı azalıb. İnsanlar siyasətçilərin onları aldatması səbəbi ilə proseslərə müdaxilə etmək istəmir. Bu da öz növbəsində müxalifətə heç sərf etmir. Yəni müxalifət nümayəndələri öncə insanların ən azından onlara inanması üçün yollar tapmalıdır.

İkincisi, bu gün Ermənistanda güclü bir ideologiya yoxdur. Xalqı ardınca aparacaq ideologiyanın yoxluğu bu gün Ermənistan müxalifətini düşündürən əsas məsələdir.

Üçüncüsü, Ermənistan müxalifəti bu gün həm Qərbin, həm də Rusiyanın dəstəyini böyük ölçüdə itirib. Daha nə Sərkisyan, nə də Köçəryanın Moskvaya səfəri erməni müxalifəti üçün bir fayda verir. Müxalifət bu mənada həm güclərini, həm də xarici əlaqələrini birləşdirməyə çalışacaq.

Dördüncüsü, 10 noyabr bəyanatına baxmayaraq, bu gün Baş nazir Nikol Paşinyanı dəstəkləyən insanların sayı çoxdur. Müxalifət bu vəziyyəti öz lehinə çevirmək üçün bir araya yığışır”.