Sarkisyan: Lavrov bunu təsadüfən demədi, Bakının bu istəyini yerinə yetirirlərbackend

Sarkisyan: Lavrov bunu təsadüfən demədi, Bakının bu istəyini yerinə yetirirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan hakimiyyəti Zəngəzur dəhlizini Azərbaycan və Türkiyəyə təhvil verməyə məcbur ola bilər”.

NOCOMMENT xəbər verir ki, bunu erməni politoloq Manvel Sarkisyan deyib.

“Ermənistanın dəhlizi (Zəngəzur) təhvil verməyə məcbur olmaq fikri gündəmə gəlib. Ermənistanın özü dəhlizi təhvil verəndə heç bir İran burnunu soxub şikayət edə bilməyəcək. Təbii ki, bu, ruslarsız mümkün deyil, təbii ki, birgə həyata keçirilir. Lavrovun Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi hesab etməsi ilə bağlı son bəyanatı əbəs yerə deyildi”.

Sarkisyan bildirib ki, Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu rəsmən bəyan etməsə də, bunu qəbul etməyə artıq zəmin yaranıb: “Məsələ bunda deyil. Əsas odur ki, artıq buna zəmin yaradılıb”.

Politoloq Ukraynada davam edən müharibə fonunda Rusiyanın Cənubi Qafqazda mövqeyinin və nüfuzunun hiss ediləcək dərəcədə zəiflədiyini bildirib: “Rusiya elə bir duruma gəlib çatıb ki, atılan istənilən addıma razılıq verir. Rusiya Türkiyədən o qədər asılı vəziyyətə düşüb ki, Azərbaycan və Türkiyənin istənilən istəyini artıq yerinə yetirir.

Fikir verin: Rusiya heç nə olmurmuş kimi sakitdir, sadəcə deyir ki, azərbaycanlılarla danışırıq. Dünyada baş verənlərə baxın, bu, çox geniş problemdir”.