Sarkisyan masada təslim kağızı qoyub getdi – Paşinyandan sərt İTTİHAMbackend

Sarkisyan masada təslim kağızı qoyub getdi – Paşinyandan sərt İTTİHAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan eks-prezident Serj Sarkisyanı Dağlıq Qarabağ danışıqları prosesində ona pis miras qoymaqda ittiham edib.

NOCOMMENT.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, Ermənistanın keçmiş prezidentləri və xarici işlər nazirləri özləri Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıblar.

“Serj Sarkisyanın masanın üzərinə qoyub getdiyi danışıqlar sənədi bu göstəricilər və düsturlarla dəyərləndirilsə, təslim sənədi idi. Serj Sarkisyan təslim kağızını qoyub getdi”, – Paşinyan bildirib.

Çoxlarının indiki iqtidarı Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqda ittiham etdiyini qeyd edən Paşinyan, yenə də keçmiş hakimiyyətə istinad edib.

“Aydın qeyd etmək istəyirəm, baxmayaraq ki, mən bunu artıq bir neçə dəfə demişəm. Hansısa hökumət Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbmı? Bəli, bu, Vardan Oskanyanın (Robert Köçəryanın hakimiyyəti dövründə xarici işlər naziri-red.) dövründə edilib. Çünki Ermənistan danışıqlar üçün əsas kimi “Madrid prinsipləri”ni qəbul edəndə, o zaman Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı”, – Paşinyan bildirib.

O, bu məsələdə təkcə Oskanyan və ikinci prezident Köçəryanı deyil, üçüncü dövlət başçısı Serj Sarkisyanı və keçmiş xarici işlər naziri Edvard Nalbandyanı da ittiham edir.

Paşinyana görə hakimiyyətdə olmuş sabiqlər hər hansı günahı iqtidarın üzərinə atmağa çalışmamalıdırlar.

“Xüsusilə, Dağlıq Qarabağın təslim olması və kapitulyasiya məsələsində”, – baş nazir əlavə edib.

O, artıq bu mövzuda dəfələrlə çıxış etdiyini xatırladıb. Və bundan sonra buna heç bir əsaslı cavab gəlmədi.

“İndi isterik bəyanatlar verməyə ehtiyac yoxdur”, – deyən Paşinyan əlavə edib ki, hakimiyyət indi bu bəyanatların nəticələrini idarə etməyə çalışır.

Bundan əvvəl eks-xarici işlər naziri Vardan Oskanyan Ermənistan mediasında məqalə yazıb. O, mqəaləsində hazırkı hökumətin xüsusilə beynəlxalq münasibətlər və diplomatiya sahəsində elementar biliyə malik olmadığı bildirib. Oskanyanın fikrincə, Ermənistanın məğlubiyyət və itkilərini də məhz bu hal şərtləndirir. O hesab edir ki, baş nazir Nikol Paşinyan 2018-ci ilin mayında hakimiyyətə gəldikdən sonra Qarabağ məsələsində bir sıra ölümcül səhvlərə yol verib.