Sarkisyan Paşinyana yalançı dedibackend

Sarkisyan Paşinyana yalançı dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ölkənin baş naziri Nikol Paşinyanı Dağlıq Qarabağa dair danışıqlar prosesi barədə yalan danışmaqda ittiham edib: “Baş nazir postunu tutan şəxs parlamentin iclasında etdiyi çıxışda bir daha özünün yalançı və manipulyator mahiyyətini göstərdi. O yenə də yalan danışır və Dağlıq Qarabağ məsələsi də daxil cəmiyyəti manipulyasiya edir”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Sarkisyan prezident olduğu vaxtlarda Dağlıq Qarabağ probleminin mərhələli həllinə dair danışıqlar aparmadığını deyib: “Baş nazir postunu tutan şəxs ya bu vaxtadək mərhələli həllə paket həlli arasındakı fərqi başa düşməyib, ya da əsas silahını – manipulyasiyanı işə salıb”.

Sarkisyan izah edib ki, paket həll bir gündə, bir saatda həyata keçirilə bilməz və onun özü üçün də mərhələlər lazımdır. Eks-prezident deyib ki, onun sözlərini hətta ATƏT-in Minsk qrupu həmsədrləri də təsdiq ediblər.

Nikol Paşinyan aprelin 13-də parlamentdə etdiyi çıxışında demişdi ki, 1998-ci ildə birinci prezident Levon Ter-Petrosyanı Qarabağ probleminin mərhələli həlli variantına getmək istədiyinə görə devirən qüvvələr, 20 ildən sonra elə həmin nöqtəyə çataraq özlərindən sonra masa üzərində mərhələli, Paşinyanın təbiri ilə “hipermərhələli” variantı qoyun gedibblər.

Paşinyan bunu da əlavə edib ki, indi keçmiş hakimiyyət o vaxt imzalanmamış danışıq sənədlərində olan ideyaları “qələbə” kimi təqdim etməyə, Serj Sarkisyanın Ermənistan Dağlıq Qarabağa bitişik 7 rayonu qaytarmağa hazır olmasını deyərkən səmimi olduğunu isbat etməyə çalışırlar.