Sarkisyan Şuşadan danışmaq istəmədibackend

Sarkisyan Şuşadan danışmaq istəmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan jurnalistlərin Şuşanı yenidən işğal etməyin mümkün olub-olmaması barədə sualını cavablandırmaqdan yayınıb.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Sarkisyanın sözlərinə görə, bu gün müxalifət üçün prioritet baş nazir Nikol Paşinyanın və komandasının hakimiyyətdən uzaqlaşdırılmasıdır: “Ermənilərin bu gün başqa vəzifəsi var – Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq və ciddi problemlərlə məşğul olmaq”.

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət üzvləri ölkənin müxtəlif regionlarında aksiyaları davam etdirirlər.

Parlamentin vitse-spikeri, “Daşnaksütyun”un nümayəndəsi İşxan Saqatelyan deyib ki, mayın 9-da Aştarak şossesindən Gümrüyə avtoyürüş başlayacaq, orada saat 13:00-da mitinq keçiriləcək. Saat 17:00-da İrəvandakı Fransa meydanında Qarabağla bağlı şüarlar səsləndiriləcək, böyük mitinq keçiriləcək.

O qeyd edib ki, mübarizə davam edir və heç bir geri çəkiliş olmayacaq.