Sarkisyan Türkiyə ilə normallaşma şərtini açıqladıbackend

Sarkisyan Türkiyə ilə normallaşma şərtini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının tərəfdarıyam”.

NOCOMMENT “The Times”a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Armen Sarkisyan Britaniya nəşrinə müsahibəsində deyib.

“İki ölkə arasında sabit münasibətlər görmək istəyirəm. Lakin belə münasibətlər yalnız tarixi tanınma və uzlaşmanın möhkəm təməlləri üzərində qurula bilər. Tarixdən qaçaraq edilən müvəqqəti düzəlişlər davamlı sülhə səbəb olmayacaq. Onlar sadəcə olaraq, idarəolunmaz qüvvə ilə gələcəkdə dərinləşən incikliyi gizlədəcəklər. “Erməni soyqırımı”nın tanınması regiondan kənarda sülh və rifahın bərqərar olması üçün əvəzsiz bir yoldur”./yenisabah