Sarkisyanın adamları Qarabağa gəldilərbackend

Sarkisyanın adamları Qarabağa gəldilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın eks-prezidenti Serj Sarkisyanın sədri olduğu Respublika partiyasının nümayəndələri Qarabağa qanunsuz səfər ediblər.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə partiyanın üzvü Artak Zakaryan özünün feysbuk hesabında məlumat yayıb.

O bildirib ki, Xankəndidə separatçı rejimi təmsil edən nümayəndələrlə görüşüblər. Zakaryan görüşdən fotolar da yayımlayıb.

Qarabağa gedənlər arasında Zakaryandan başqa Armen Aşotyan, Eduard Şarmazanov, David Şahnazaryan da olub.

Xatırladaq ki, bir neçə gün öncə Ermənistan parlamentinin bir qrup deputatı Qarabağa gəlmək istəyərkən rusiyalı sülhməramlılar onları “Laçın dəhlizi”ndən geri qaytarmışdılar.