Sarkisyanın bloku nəticələri tanımadığını elan etdibackend

Sarkisyanın bloku nəticələri tanımadığını elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın “Şərəfim var” bloku 20 iyunda keçirilmiş parlament seçkilərinin nəticələrini tanımadığını elan edib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə blokun feysbuk səhifəsində yazılıb.

“Biz bəyan edirik ki, nəticələri tanımırıq. Bu nəticələr tunelin ucunda görünən işıq deyil, qaranlığın daha da tündləşməsidir. Seçki siyasi prosesə, Ermənistanı uçurumun kandarından çəkmək üçün “yol xəritəsi”nə çevrilmədi. Bu biabırçı seçki xalqımızın problemini həll etmədi. Təhlükəsiz, sabit və ləyaqətli bir gələcək üçün aşılması lazım olan yeni, daha mürəkkəb əngəllər yaradacaq”.

Qeyd edək ki, “Şərəfim var” Ermənistanın sabiq prezidenti Serj Sarkisyanı dəstəkləyir.