Sarkisyanın iddiası mübahisə yaratdı – İrəvanda mübarizə kəskinləşirbackend

Sarkisyanın iddiası mübahisə yaratdı – İrəvanda mübarizə kəskinləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın hakimiyyəti Nikol Paşinyana ötürməsi ilə bağlı ittihamlar əsassızdır”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Respublikaçı Partiyasının mətbuat katibi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.

Şarmazanov çevrilişdən əvvəl – 2018-ci il aprelin 13-də Sarkisyanın o zaman baş nazir olan Karen Karapetyanın hökumət başçısı vəzifəsinə namizədliyini irəli sürdüyünü söyləyib: “İstefanın ertəsi günü partiyanın icra şurasının iclası çərçivəsində Sarkisyan və Karapetyan görüşdü. Sarkisyan istefanın səbəblərindən danışaraq qan tökülməsini istəmədiyini, Karapetyanı rəhbər olaraq gördüyünü dedi. Sonuncusu bu təklifi qəbul etdi.

Bundan sonra ikinci mərhələ, “inqilab” adlanan faciə başladı. Nikol Paşinyan meydanda ya baş nazir olacağını, ya da Ermənistanın ümumiyyətlə baş naziri olmayacağını bildirdi. Birinci mərhələdə əsas vəzifə nəyin bahasına olur-olsun Sərkisyanı aradan qaldırmaq idisə, ikinci mərhələdə bu “rəngli inqilab”ın müəllifləri Karapetyanı oyundan kənarlaşdırmaq üçün hər şeyi etdilər”.

Şarmazanovun iddiasına görə, Karapetyan toqquşmalara səbəb olmamaq üçün namizədliyini irəli sürməməyə qərar verib.

O, həmin dövrdə Paşinyanın Ermənistanda idarəolunmaz vəziyyət yaratdığını deyib.

Qeyd edək ki, bundan əvvəl Serj Sarkisyan 3 il əvvəl baş nazir postundan istefa verdikdən sonra hakimiyyəti etirazçıların lideri Nikol Paşinyana yox, Karen Karapetyana ötürdüyünü söyləyib. Bu arqumentlər Ermənistanda çoxları üçün inandırıcı görünmür. Sarkisyan əleyhdarlarının əsas arqumenti onun rəhbərlik etdiyi Respublikaçı Partiyasının parlament fraksiyasının Paşinyanın namizədliyinə səs verməsi ilə bağlıdır. Bir çoxları Sarkisyanın sözlərini məsuliyyətin bir hissəsini Karapetyana yükləmək cəhdi kimi qiymətləndirirlər.