Sarkozi cəzasının onun üçün sürpriz olduğunu deyibbackend

Sarkozi cəzasının onun üçün sürpriz olduğunu deyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikola Sarkozi məhkəmənin ona həbs cəzası verməsinin onun üçün sürpriz olduğunu etiraf edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Fransanın sabiq prezidenti bu haqda “Le Journal du Dimanche” qəzetinə müsahibə verib.

“Etiraf edirəm, bundan başqa bir şey gözləyirdim. Bu, təsəvvür edə bildiyimdən də irəli getdi. Qanunun bütün sərhədləri pozuldu. Bu, sadəcə olaraq, inanılmazdır”, o bildirib.

Sabiq prezident qeyd edib ki, o, həbsxanaya düşməyə hazırdır, lakin heç vaxt törətmədiyi bir şeyi boynuna almayacaq.