Sarkozi Makrondan əfv istəməyəcəkbackend

Sarkozi Makrondan əfv istəməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Liviyanın seçki kampaniyasını maliyyələşdirdiyi iddiası ilə 5 il həbs cəzasına məhkum edilmiş Fransanın keçmiş prezidenti Nikola Sarkozi hazırkı lider Emmanuel Makrondan əfv istəmək niyyətində deyil.

NOCOMMENT.az bildirir ki, bu barədə BFMTV telekanalında onun vəkili Jan-Mişel Darroy məlumat verib.

“O, prezidentdən əfv istəmək haqda düşünmür, çünki günahsızlığını nümayiş etdirmək niyyətindədir”, vəkil bildirib.

Onun sözlərinə görə, müdafiə tərəfi Sarkozinin həbsdə qalma müddətinin mümkün qədər qısa olması üçün mümkün olan hər şeyi etmək niyyətindədir.

Darrua həmçinin keçmiş prezidentin hökmünü əsassız adlandırıb.

2007-2012-ci illərdə Fransa prezidenti olmuş Sarkozi sentyabrın 25-də Liviya seçki kampaniyasının maliyyələşdirilməsi işində cinayət təşkilatına şərik olmaqda təqsirli bilinib , lakin dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya ittihamlarından bəraət alıb. Buna görə də, məhkəmə 2007-ci il seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsinə dair heç bir sübut tapmayıb.

2012-ci ilin mayında, prezident seçkilərinin ikinci turuna səkkiz gün qalmış Mediapart xəbər verir ki, Liviya lideri Müəmmər Qəddafi (1969-2011) seçki kampaniyası xərcləri üçün Sarkoziyə 50 milyon avro bağışlayıb. Agentlik sübut kimi öz saytında vəsaitin ayrılmasına icazə verən Liviyanın Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq üzrə Ümumi Xalq Komitəsinin keçmiş katibi Musa Kusanın imzaladığı və məhkəmənin yalan hesab etdiyi fərmanı dərc edib.