Şarl Mişel sərhəd komissiyalarının görüşündən YAZDIbackend

Şarl Mişel sərhəd komissiyalarının görüşündən YAZDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Ermənistan-Azərbaycan sərhədində dövlətlərarası sərhədin delimitasiyası və vəziyyətin təhlükəsizliyinin ən yaxşı şəkildə təmin edilməsi ilə bağlı müzakirələrin aparılması üçün sərhəd komissiyasının ilk iclasını səmimiyyətlə qarşılayıram”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Twitter” hesabında yazıb.

“Bu, Azərbaycan Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra nəzərəçarpacaq irəliləyişdir”, – paylaşımda deyilir.

Qeyd edək ki, 24 may 2022-ci il tarixində, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.