Satıcı işlədiyi marketdən 10 minlik ərzaq oğurladıbackend

Satıcı işlədiyi marketdən 10 minlik ərzaq oğurladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda marketdən 10 min manat dəyərində ərzaq malları oğurlanıb.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Hadisə paytaxtın Nərimanov rayon ərazisindəki marketlərdən birində baş verib. Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-dən 21-dək olan müddətdə rayon ərazisindəki marketlərin birindən 10 000 manat dəyərində ərzaq malları oğurlamaqda şübhəli bilinən marketin işçisi, Gəncə şəhər sakini V.İsgəndərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.