Şavkat Mirziyoyev: TDT daxilində İqtisadi Əməkdaşlıq Şurasının yaradılmasının vaxtı çatıbbackend

Şavkat Mirziyoyev: TDT daxilində İqtisadi Əməkdaşlıq Şurasının yaradılmasının vaxtı çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk Dövlətləri Təşkilatı (TDT) daxilində İqtisadi Əməkdaşlıq Şurasının yaradılmasının vaxtı çatıb.

NOCOMMENT.az  xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

“Bu gün təşkilatımız daxilində 35 sahədə əməkdaşlıq edilir. Təşkilatı daha da gücləndirmək qarşımızdakı əsas məqsəd və vəzifədir. Türk dövlətləri arasında strateji dostluq, əməkdaşlıq sahəsində anlaşma sənədini qısa müddətdə imzalamağı dəstəkləyirik. Çoxtərəfli əməkdaşlığı gücləndirmək üçün 2030-cü ilə qədər yeni inkişaf strategiyasının yaradılmasını önəmli hesab edirik. Yaxın gələcəkdə yeni iqtisadi fürsətlər yaratmalıyıq”, – o əlavə edib.

Özbəkistan Prezidenti vurğulayıb ki, TDT daxilində İqtisadi Əməkdaşlıq Şurasının yaradılmasının vaxtı çatıb:

“Bunun üçün Daşkənddə ofis təsis etməyə hazırıq”.