Saxta Daun sindromu diaqnozu ilə pensiya alırlarmışbackend

Saxta Daun sindromu diaqnozu ilə pensiya alırlarmış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəzi hallarda xəstəxana və ya poliklinikalar göndərişi daha keyfiyyətli yazır ki, həmin şəxslərə daha tez əlillik təyin olunsun. Son aparılan yoxlamada 100-dən çox uşağa daun sindromu diaqnozu ilə əlillik təyini edilmişdi. Növbəti yoxlamalarda isə həmin uşaqların daun sindromu olmayan sağlam olduqları məlum oldu”.

NOCOMMENT xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.

O, bildirib ki, həmin uşaqların saxta əlilliyi qanunvericiliyə uyğun şəkildə ləvği ilə bağlı qərar qəbul edildi:
“Tibb müəssisələri lazım olduğu halda göndərişi keyfiyyətli doldura bilirlər. Bir çox hallarda isə bilərəkdən, yaxud bilməyərəkdən, həmçinin məlumat qıtlığı səbəbindən vətəndaşı tez yola salmaq üçün müəyyən addımlar atırlar. Hamı bilməlidir ki, göndəriş yazılması dərhal əlillik təyinatı demək deyil. Dünyanın heç bir yerində əlillik təyini sadə proses sayılmır. Bəzən də Forma 88-də olmayan məlumatlar da yazılır. Artıq icbari tibbi sığortanın tətbiqi nəticəsində məlumat bazası vasitəsilə bütün məlumatlar əldə ediləcək. Yeni meyarların qəbulundan sonra saxta əlillik təyinatı məsələsi mümkün olmayacaq”.