İstanbulun Avcılar istiqamətində telefon mağazasının sahibi Ahmet Şakar müştərisinə dollarla telefonun satıb.
NOCOMMENT.az xəbər verir ki, bir müddət sonra dolların strukturunda qəribəlik hiss edən Şakar müştərinin saxta dollarla alış-veriş etdiyini anlayıb.
Müştəri baxdığı telefonu bəyəndikdən sonra onu almaq üçün 800 dollar verib. Satıcı isə qalıq olaraq müştəriyə 1060 TL pul qaytarıb.
Lakin bir müddət sonra Ahmet Şakar və oğlu pulun saxta olduğunu anlayaraq polisə müraciət edib.
NOCOMMENT.AZ