Saxta əlillik dərəcəsi verən həkimə HÖKM OXUNDUbackend

Saxta əlillik dərəcəsi verən həkimə HÖKM OXUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Könül Sultanovaya hökm oxunub və o cərimələnib.

NOCOMMENT xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, bu barədə hökm Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, K.Sultanovaya üç min manat məbləğində cərimə kəsilib.

Qeyd edək ki, K.Sultanova 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Aparılan istintaqla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in 15 saylı şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının üzvləri Mehparə Məmmədova və K.Sultanovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək fəaliyyət göstərdikləri Komissiyaya müraciət edən şəxslərə əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə onların xəstəlikləri barədə məlumatları bilərəkdən ağırlaşdırıb təhrif edilən formada rəsmi elektron informasiya resursuna daxil etmələrinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən olunub.

Hər iki vəzifəli şəxs Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, cinayət işləri aidiyyəti üzrə məhkəməyə göndərilib.

M.Məmmədovanın cinayət işi ayrıca icraata göndərilib.