Saxta yollarla COVID-19 pasportu satan ələ keçdi: 300 vəsiqənin şəkli çıxdıbackend

Saxta yollarla COVID-19 pasportu satan ələ keçdi: 300 vəsiqənin şəkli çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVID-19 pasportunu saxta yollarla əldə etməyə çalışan, bu işdən gəlir mənbəyi kimi istifadə edən şəxslər saxlanılıblar.

NOCOMMENT xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Lerik rayon sakini Eminəli Həşimov saxlanılıb. Məlum olub ki, o, Bakı şəhərinin ərazisində yaşayan həmyerlilərini 40 manat müqabilində vaksinasiya prosesində iştirak etmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməklə həmin şəxslərə guya vaksinasiya olunmaları ilə bağlı saxta COVID-19 pasportları satıb.

Həyata keçirilən əməliyyat zamanı qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan Eminəli Həşimov, eləcə də özü və iki nəfər ailə üzvü üçün üç ədəd saxta COVID-19 pasportu alan Araz Əmrəliyev iş başında saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Eminəli Həşimov Lerik rayonundan özü ilə birlikdə Bakı şəhərinə gələrək burada yaşayan, lakin qeyd edilən rayonda qeydiyyatda olan 79 şəxsin adına tərtib olunmuş saxta COVID-19 pasportu gətirib.

Bu şəxsdən həmin pasportlar aşkar olunaraq maddi sübut kimi götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Eminəli Həşimovun üzərində olan mobil telefondan saxta pasport hazırlamaq üçün Lerik rayonunda qeydiyyatında olan 300-ə yaxın vətəndaşın şəxsiyyət vəsiqələrinin şəkili, eləcə də bu qanunsuz fəaliyyət nəticəsində əldə etdiyi pul vəsaiti aşkar olunub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalar aparılır.