Sayt əməkdaşı həbs edildibackend

Sayt əməkdaşı həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

KİV-də yayılmış məlumatlara aydınlıq gətirmək məqsədi ilə bildiririk ki, feysbuk sosial şəbəkəsinin “Yeniavaz.az” səhifəsində qanunla qadağan edilmiş informasiyanı yayan sosial media istifadəçisi Namiq Əliyev inzibati məsuliyyətə cəlb olunaraq Binəqədi rayon məhkəməsinin qərarı ilə 1 ay müddətinə həbs olunub.

Bu barədə NOCOMMENT-ə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Eyni zamanda, həmin informasiyanı öz internet informasiya ehtiyatından götürülməsi üçün qanunla nəzərdə tutulan tədbiri görməmiş saytın fəaliyyətinə cavabdeh olan hüquqi şəxs “Azərmedia” MMC barəsində inzibati icraat başlanılaraq Nəsimi rayon məhkəməsinə göndərilib.