“Sea Breeze” işində hökm oxundu – Hamısı azadlığa buraxıldıbackend

“Sea Breeze” işində hökm oxundu – Hamısı azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin yayında “Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı məhkəmə prosesi başa çatıb.

NOCOMMENT.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,Sabunçu rayon məhkəməsində hökm elan olunub.

Hakim Mirheydər Zeynalovun çıxardığı hökmə əsasən, Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə məhkəmə zalından azadlığa buraxılıblar. Eyni zamanda təqsirləndirilən M.Ə-yə də həbslə bağlı olmayan cəza verilib.

Məhkəmədə təqsirləndirilən şəxslərdən olan Elmir İsmayılov azadlığa çıxmasına belə reaksiya verib:

“Bir hüquqşünas kimi deyə bilərəm ki, nəhayət, haqq-ədalət yerini tapdı. Bizi dəstəkləyən, ədalətin bərpa olunması üçün köməklik göstərən ədalətli insanlara minnətdarlığımı bildirirəm. 9 ay bizimlə birlikdə olan bütün dostlara təşəkkürümü çatdırıram”.