“Səba Broyler” cərimələnirbackend

“Səba Broyler” cərimələnir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabran rayonunda yerləşən “Səba” Açıq Səhmdar Cəmiyyəti (ASC) siyasi, sosial və əmək hüquqları əleyhinə olan iki inzibati xəta protokolu tərtib olunub.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) və 198.3-cü ( Əməyin mühafizəsi qaydalarının pozulması) maddələri ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasəm, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

Şabran Rayon Məhkəməsinin hakimi Könül Mirzəfərovanın icraatındadır.

Qeyd edək ki, “Səba” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2014-cü ilə kimi “Dəvəçi Broyler” Açıq Tipli Səhmdar Cəmiyyəti (ASC) adı ilə fəaliyyət göstərib.